Elon Musk, Trampın Ağ Evdəki şam yeməyinə dəvət olunmadı

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə texnologiya nəhənglərinin rəhbərləri ilə təşkil etdiyi şam yeməyi Bill Qeyts, Sergey Brin, Qreq Brokman, Safra Katz, David Limp, Sanjay Mehrotra, Vivek Ranadive, Shyam Sankar və Aleksandr Vanq məşhurlar iştirak edib. Lakin Tesla və SpaceX rəhbəri İlon Mask dəvətlilər arasında görünməyib. Onun əvəzinə süni intellekt sahəsində əsas rəqiblərindən biri olan OpenAI rəhbəri Sem Altman dəvət olunub.

Tramp şam yeməyində  şirkət rəhbərlərindən ABŞ iqtisadiyyatına yatırdıqları sərmayələr barədə soruşub. Mark Zukerberq və Tim Kuk hər biri 600 milyard dollar, Sundar Piçai 250 milyard dollar, Satya Nadella isə illik 80 milyard dollar investisiya etdiklərini açıqlayıb.

Mətbuata görə, Tramp və Mask arasında münasibətlər ilin əvvəlində “Böyük Gözəl Qanun Layihəsi” ilə bağlı yaranan mübahisədən sonra gərginləşib. Mask layihəni “axmaqlıq” adlandırmış, daha sonra isə Trampı Epstayn sənədlərini gizlətməkdə ittiham etmişdi.


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)