
ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adını “Müharibə Nazirliyi” olaraq dəyişdirmək üçün bu gün 200-cü fərmanı imzalayacaq. Bu barədə Yenifikir.media Ağ Evə istinadən xəbər verir.
Ağ Ev rəsmiləri bildiriblər ki, “müdafiə” sözü passiv, “müharibə” isə daha güclü təsir bağışlayır. Yeni qaydaya əsasən, nazir rəsmi sənədlərdə və tədbirlərdə “Müharibə Naziri” kimi qeyd olunacaq.
Qeyd edək ki, ABŞ-da 1789–1947-ci illərdə də qurum “Müharibə Nazirliyi” adı ilə fəaliyyət göstərib, 1949-cu ildən isə “Müdafiə Nazirliyi” adını alıb.
Tramp bu gün həmçinin Vladimir Putinlə görüşəcəyini açıqlayaraq, “Bu müharibəni bitirəcəyik. Çətin olsa da, bacaracağıq”, – deyib.
Lakin dəyişiklik qalıcı olması üçün Konqresin təsdiqinə ehtiyac var. “Pentaqon” adı isə əvvəlki kimi işlədiləcək.
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva