
2010-cu ildən 2024-cü ilə qədər Xırdalan şəhər 9 saylı orta məktəbin direktoru vəzifəsində çalışan Həcər xanım, bu illər ərzində minlərlə şagirdin təlim-tərbiyəsində, onların cəmiyyətdə savadlı, mədəni və vətənpərvər vətəndaş kimi yetişməsində mühüm rol oynayıb. Onun rəhbərliyi altında məktəb həm tədris nailiyyətlərinə, həm də pedaqoji kollektivin birliyinə görə fərqlənib.
Həcər xanım müəllimliyi sadəcə peşə deyil, həyat missiyası kimi qəbul edib. Onun üçün hər bir şagirdin uğuru, ailələrin etimadı və kollektivin dəstəyi ən böyük mükafat olub. Müəllim kimi o, biliklə yanaşı, həm də insanlıq dəyərlərini aşılayaraq gələcək nəsillərin formalaşmasına töhfə verib.
Məktəblə vidalaşdığı anlarda yaşanan duyğulu səhnələr, şagirdlərin, müəllim yoldaşlarının və valideynlərin səmimi təşəkkürləri isə Həcər xanıma olan dərin hörmətin bariz nümunəsi idi. Bu, onun pedaqoji fəaliyyətinə verilən ən böyük qiymət və ömrünün mənalı illərinə dəyərli bir işarədir.
Yenifikir.media olaraq Həcər İbrahimovanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı arzulayırıq. Onun təhsil sahəsində qoyduğu iz gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva