Armanini ölümünə görə Milanda matəm elan olundu

91 yaşında dünyasını dəyişən dünya şöhrətli modelyer, əfsanəvi dizayner Corcio Armani ilə vida mərasimi 8 sentyabrda Milanda keçiriləcək. Yenifikir.media xəbər verir ki, bu barədə Milan meri Cüzeppe Sala məlumat verib. O , həmçinin şəhərdə matəm günü elan olunduğunu da bildirib.

İtaliya və dünya moda aləminin simvoluna çevrilən Armani 1975-ci ildə tərəfdaşı Serco Galeotti ilə öz brendini yaradıb. 

Məşhur modelyer kişilər üçün rahat və elegant kolleksiyaları ilə modada inqilab edib. Armani daha sonra aksessuarlar, ətirlər də istehsal etməyə başlayıb.


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)