
Rusiya hər zaman imperiya siyasəti yürüdüb və bunu əsasən Qafqazda təzahür etdirib. Qonşu ölkələri öz təsirindən kənarda təsəvvür etməyib. İndiki reallıq isə fərqlidir. Azərbaycan öz müqəddəratını özü həll edən, elə Rusiyanın özünün maneələrinə baxmayraq işğaldan torpaqlarını azad edən güclü dövlətə çevrilib. Müstəqil ölkə kimi qərarlarını, siyasətini və münasibətlərini də müstəqil şəkildə qurur. Doğrudur, Rusiya ilə qonşu dövlət olaraq bir çox sahələrdə münasibətlər, iqtidadi, siyasi, ticari əlaqələr var. Ancaq məlum təyyarə hadisəsində birbaşa Rusiya dövlətinin məsuliyyət daşıdığı ortada olsa da o lazımi addımları atmadı, üzr istənilmədi, təzminat ödənilmədi, cinayətkarlar cəzalandırılmadı. Əksinə, Rusiyada yaşayan soydaşlarımızın, diaspora sədr və üzvlərinin özlərinə, ailələrinə qarşı təziqlər, təhdidlər, həbslər və digər cinayətlər törədildi. Bütün bunların səbəbkarı və günahkarı təbii ki, Rusiya tərəfidir. Qarşılıqlı maraqlar müəyyən məsələləri öz yerinə qoysa da hər şeyi yoluna qoya bilməz. Elə strateji məsələlər, təhlükəsizlik mövzuları var ki, onlar yalnız qarşı tərəfin etirafı və lazımi addımları ilə güzəşt oluna bilər. Rusiya münasibətləri düzəltmək istəyir. Bu, onların açıqlamalarından sezilir, lakin öhdələrinə düşən məsuliyyətdən yayınaraq əvvəlki münasibətə qayıtmağı düşünürlər. Sanki Azərbaycan tərəfi hər şeyin üstündən keçməli, təzminat, üzrxahlıq tələb etməməlidir və qarşılıqlı maraqlar naminə heç nə olmamış kimi davranmalıdır. Fəqət bu mümkün deyil. Çünki ortada xırda cinayət yoxdur. Böyük bir sərnişin təyyarəsinin raketlərlə vurulmasından və kütləvi insan tələfatı ilə nəticələnən konkret cinayət olayından söhbət gedir. Hətta burada əsl hədəf və məqsədin daha təhlükəli planları həyata keçirmək olması haqda söhbətlər də var... Rusiya bütün bunları aydınlığa çıxarmaq, lazım olan hüquqi addımları atmaq əvəzinə hələ qarşıdan yeni güzəştlər gözləyir.
Azərbaycanın Qərblə, xüsusən ABŞ ilə yaxınlaşması Rusiyanı daha da məcbur edir ki, doğru olanı etsin. Lakin imperiya təkəbbürü reallığı etiraf etməyə imkan vermir. Buna baxmayraq Azərbaycanın yürütdüyü müdrik xarici siyasət sonda Rusiyanın ram olmasına gətirib çıxaracaq. Çünki Rusiya dərk edir ki, itirən özü olacaq.
Cənubi Qafqazda artıq Rusiya hegemonluğunun sonu çatıb. Yeni layihələr, sülh prosesinin başa çatması, Qərblə yaxınlaşma Rusiyanın siyasətində dəyişiklik etməsinə gətirib çıxaracaq. Rusiya siyasətində dəyişiklik edərək Azərbaycan ilə mövcud gərgin münasibətlərin qaydasına düşməsinə çalışacaq və tədricən tələblərə qarşılıq verməyə məcbur olacaq.
Tural İrfan
Teopolitoloq, DQDK- yanında İctimai Şuranın üzvü
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva