Tunis Fransaya etiraz notası göndərdi

Tunis hökuməti Marseldə vətəndaşı Abdelkader Dhibinin polis tərəfindən güllələnməsi ilə bağlı Fransaya etiraz notası göndərib.

Yenifikir.media xəbər verir ki, Tunis Xarici İşlər Nazirliyi bildirib ki, Prezident Kays Saidin göstərişi ilə Fransanın Tunisdəki səfirliyinin müvəqqəti işlər vəkili nazirliyə çağırılıb və hadisəyə görə ciddi etiraz bildirilib. Tunis tərəfi olayı “haqsız qətl” adlandıraraq Fransadan tez və şəffaf istintaq aparılmasını tələb edib.

Qeyd edək ki, Fransız mediası Dhibinin sentyabrın 2-də Marselin mərkəzində beş nəfəri bıçaqladığı iddiasıyla polis tərəfindən vurulduğunu yazıb. Baş Prokurorluq hadisə ilə bağlı istintaq başladığını açıqlayıb.

Yenifikir.media



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)