
Birləşmiş Millətlər Təşkilatı (BMT), ABŞ-ın Karib dənizində Venesueladan çıxan və “narkotik daşıdığı” iddia edilən gəmiyə hücumu ilə bağlı açıqlama yayıb.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, “ABŞ ilə Venesuela arasında artan gərginlikdən ciddi narahatdır. Münaqişələr beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun sülh yolu ilə həll olunmalıdır.”
Düjarrik hücumun qanuniliyinə dair mövqe bildirməyib, amma transmilli narkotik ticarətinin böyük təhlükə yaratdığını qeyd edib.
ABŞ Prezidenti Donald Tramp hücum nəticəsində 11 nəfərin öldürüldüyünü açıqlayaraq, “Ölkəmizə daxil olan narkotiklərin çoxu Venesueladan gəlir,biz də həmin gəmiyə zərbə endirdik” deyib.
Qeyd edək ki, ABŞ avqust ayında Prezident Nikolas Maduronun həbsinə dair məlumat verənlər üçün mükafatı 25 milyon dollardan 50 milyon dollara yüksəldib. Həmçinin “Cartel de los Soles” qruplaşmasını “xüsusi olaraq təyin edilmiş qlobal terrorçu təşkilat” kimi siyahıya salıb və Venesuela sahillərinə hərbi gəmilər göndərib.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva