
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Polşa prezidenti Karol Navrotski ilə görüşdən sonra Rusiya və Ukrayna ilə bağlı yeni açıqlamalar verib. O, həmçinin Çində keçirilən və Si Cinpinlə yanaşı Vladimir Putin və Kim Çen Inın iştirak etdiyi hərbi paradı da şərh edib. Tramp yaxın günlərdə Rusiya prezidenti ilə telefon danışığı aparacağını bildirib.
Onun sözlərinə görə, parad “təsirli” olub, lakin Çin bu tədbiri siyasi məqsədlə təşkil edib: “Onlar ümid edirdilər ki, mən izləyirəm – və mən izlədim”, – deyə Tramp bildirib.
ABŞ lideri vurğulayıb ki, Putin artıq onun mövqeyini bilir: “Qərarı vermək Rusiya prezidentinə qalır. Əgər bu qərar məni qane etməsə, nəticələri olacaq”. O, detalları açıqlamayıb, lakin ehtiyat planlarının olduğunu deyib və qərar üçün bir-iki həftəlik vaxt verdiyini bildirib.
Tramp yaxın günlərdə Putinlə danışacağını, sabah isə Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə onlayn görüş keçirəcəyini açıqlayıb. ABŞ prezidenti tədbirə şəxsən qatılmaqdan imtina edib.
Mütəxəssislərin fikrincə, Trampın seçim imkanları məhduddur: Rusiya ilə müttəfiqlərə qarşı tətbiq etdiyi tarif siyasəti uğursuz olub, Rusiya ordusu cəbhədə irəliləyir, ABŞ isə Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəmir. Avropa isə Vaşinqtonsuz bütün riskləri üzərinə götürməyə hazır deyil.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva