Əruz dairələri, bəhrlər və rüknlər

(Tərtib: Ümid Sadə Əruzi)

Təf'ilələri yaradan cüzlər (rüknlər)

1. Səbəb (əsbâb)

a) yüngül səbəb (xəfîf) 

b) ağır səbəb (səqîl) 

c) orta səbəb (mütəvəssit) 

2. Vətəd (əvtâd)

a) yanaşı vətəd (məcmû)

b) aralı vətəd (məfrûq)

c) cəm vətəd (müctəme')

3. Fasilə (fəvâsil)

a) kiçik fasilə (suğrâ)

b) böyük fasilə (kübrâ)

c) ən böyük fasilə (üzmâ)

  1. Səbəblərə nümunə: 

Yüngül səbəb - هَ + لْ

Ağır səbəb - لَ + كَ

Orta səbəb - دَ + رْ + دْ

2. Vətədlərə nümunə:

Yanaşı vətəd - نَ + عَ + مْ

Aralı vətəd - كَ + يْ + فَ

Cəm vətəd - دُ رُ سْ تْ

3. Fasilələrə nümunə:

Kiçik fasilə - ضَ + رَ + بَ + اْ

Böyük fasilə - عَ + مَ + لُ + كُ + مْ

Ən böyük fasilə - لَ + عَ + نَ + هُ + كُ + مُ + نْ

Əruz vəznində təf'ilələr - üsûl və fürû olmaq üzrə iki yerə ayrılır:

Üsûli təf'ilələrin sayı dörddür: (Vətədlə başlayan)

1. Fə'Ulün = qələm + dil

2. MəfA'İlün = qələm + dildil

3. MüfA'ələtün = qələm + nüvədil

4. FA'ilAtün = pərdə + dildil

Fürûi təf'ilələrin sayı altıdır: (Səbəblə başlayan)

1. FA'ilün = dil + qələm

2. Müstəf'ilün = dildil + qələm

3. FA-'ilA-tün = dil + qələm + dil

4. MütəfA'ilün = nüvə + dil + qələm

5. Məf'UlAtü = dildil + pərdə

6. Müs-təf'i-lün = dil + pərdə + dil

Əruzun işlək və qeyri-işlək rüknləri

Yüngül səbəb - (səbəbi-xəfif) - bir hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi - gül, söz, qəm və s.

Ağır səbəb - (səbəbi-səqil) - iki hərəkəli hərfin birləşməsi - dərə, nəvə, səsi və s.

Orta səbəb - (səbəbi-mütəvəssit) - bir hərəkəli və iki hərəkəsiz hərfin birləşməsi - yâr, şâh, cân, dərd, fərq, məst və s.

Yanaşı vətəd (vətədi-məcmu) - İki hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi - gələr, cəfâ, sədəf, təmiz və s.

Aralı vətəd (vətədi-məfruq) - Bir hərəkəli bir hərəkəsiz və bir hərəkəli hərfin birləşməsi - bəlkə, kilsə, xütbə və s.

Cəm vətəd (vətədi-müctəme') - İki hərəkəli və iki hərəkəsiz hərfin birləşməsi - kənâr, cəhân, kitâb, ələst və s.

Kiçik fasilə (fasileyi-suğra) - Üç hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi - gələrəm, kədərin və s.

Böyük fasilə (fasileyi-kübra) - Dörd hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi - hərəkətin, kədərimiz vəs.

Ən böyük fasilə (fasileyi-üzma) - Beş hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi - gözə gələcək, yaranacağam və s.

İstinad: Qeys ər-Razi “Kitabül kafi fil əruzeyn vəl qəvafi”

Dairələrdən sadir olan təf'ilələr işlək və qeyri-işlək olmaqlarına görə iki yerə ayrılır.

a) Mühməl - (qeyri-işlək)

b) Müstə'məl - (işlək)

1. Müxtəlifə dairəsi - bəhrlərdəki təf'ilələrin müxtəlifliyinə görə bu dairəyə müxtəlifə adı verilmişdir. Bu dairə həm xümasi, həm də sübai təf'ilələrdən təşkil tapmışdır.

Xümasi - beş hərfli təf'ilə (FA'ilün, Fə'Ulün)

Sübai - yeddi hərfli təf'ilə (Müstəf'ilün, FA'ilAtün, MəfA'İlün)

Qeyd: Təf'ilələrin beş və ya yeddi hərfli olmasını bilmək üçün ərəb əlifbasıyla oxumaq zəruridir

Bu dairədən beş bəhr yaranır:

1. Təvil - Fə'Ulün MəfA'İlün/² 

2. Mədid - FA'ilAtün FA'ilün/²

3. Bəsit - Müstəf'ilün FA'ilün/²

4. Müstətil - MəfA'İlün Fə'Ulün/²

5. Mümtəd - FA'ilün FA'ilAtün/²

2. Mö'təlifə dairəsi - bəhrlərdəki sübai təf'ilələrin təkərrürünə görə bu dairəyə mö'təlifə adı verilmişdir.

Bu dairədən üç bəhr yaranır:

1. Vafir - MüfA'ələtün³

2. Kamil - MütəfA'ilün³

3. Mütəvəffir - FA'iliyyətü³

3. Müctəlibə dairəsi - bəhrlərdəki təf'ilələr ilk dairədəki bəhrlərdən alındığına görə bu dairəyə müctəlibə adı verilmişdir.

Bu dairədən üç bəhr yaranır:

1. Həzəc - MəfA'İlün³

2. Rəcəz - Müstəf'ilün³

3. Rəməl - FA'ilAtün³

4. Müştəbihə dairəsi - bəhrlərdəki cüzlərin arasındakı bənzərliyə görə bu dairəyə müştəbihə adı verilmişdir.

Bu dairədən doqquz bəhr yaranır: 

1. Səri - Müstəf'ilün² Məf'UlAtü

2. Münsərih - Müstəf'ilün Məf'UlAtü Müstəf'ilün

3. Xəfif - FA'ilAtün Müstəf'i-lün FA'ilAtün

4. Müzare - MəfA'İlün FA'i-lAtün MəfA'İlün

5. Müqtəzəb - Məf'UlAtü Müstəf'ilün²


6. Müctəs - Müstəf'i-lün FA'ilAtün²

7. Müttəid - FA'ilAtün² Müstəf'i-lün

8. Münsərid - MəfA'İlün² FA'i-lAtün

9. Müttarid - FA'i-lAtün MəfA'İlün²

5. Müttəfiqə dairəsi - bəhrlərdəki xümasi təf'ilələrin təkərrür etməsinə görə bu dairəyə müttəfiqə adı verilmişdir.

Bu dairədən iki bəhr yaranır:

1. Mütəqarib - Fə'Ulün⁴

2. Mütədarik - FA'ilün⁴

Ümid Sadə

Yenifikir.media



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)