İrandan ABŞ-a mesj: Müzakirələrə açığıq

İran Milli Təhlükəsizlik Ali Şurasının Baş katibi Əli Laricani bildirib ki, İran ABŞ -la müzakirələrə açıqdır, lakin Vaşinqton raket proqramı kimi həyata keçirilə bilməyən məsələləri gündəmə gətirərək görüşləri əngəlləyir.

Yenifikir.media bildirir ki, Laricani fikrinə əlavə edib  : "ABŞ -la müzakirə yolları bağlı deyil, amma masaya gəlməyən və haqsız yerə İrana suç atılan amerikalılardır."

O, İranın mövqeyini "rasional" adlandırıb və əlavə edib ki, belə mövzular hər hansı bir görüşü əsassız edir.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)