Forbes dünyanın ən varlı adamlarının siyahısını açıqladı: Avqustda kim qazandı, kim uduzdu?

Məşhur Forbes jurnalının avqust buraxılışında “Dünyanın ən varlı adamları” siyahısına “Google”ın qurucuları Larri Peyc və Sergey Brin başçılıq edir. Yenifikir.media bildirir ki, avqust ayında ən böyük itkini isə sərvəti 29 milyard dollar azalan “Oracle”ın qurucusu Larri Ellison yaşayıb.

Ümumilikdə milyarderlərin sərvəti 2,13 trilyon dollara çatıb. İlk onluqda olan 6 nəfərin sərvəti artıb, 4 nəfərin isə azalıb. Ümumi artım 21 milyard dollar təşkil edib.


Ən çox qazananlar – “Google” qurucuları

“Alphabet” səhmlərinin təxminən 9% bahalaşması Larri Peyc və Sergey Brin-ə böyük gəlirlər gətirib. Nəticədə, Peyc-in sərvəti 20,3 milyard, Brin-in sərvəti isə 15,1 milyard dollar artıb.


Ən çox itirən – “Oracle” qurucusu

İyul ayında 37 milyard dollar qazanan Larri Ellison, avqustda 29 milyard dollar itirib. Bu, “Oracle” səhmlərinin ay ərzində 10% ucuzlaşması ilə bağlıdır.


Dünyanın ən zəngin 10 adamı:

1. Elon Musk – 415,6 mlrd. $

2. Larry Ellison (“Oracle”) – 270,9 mlrd. $

3. Mark Zuckerberg (“Meta”) – 253 mlrd. $

4. Jeff Bezos (“Amazon”) – 240,9 mlrd. $

5. Larry Page (“Google”) – 178,3 mlrd. $

6. Sergey Brin (“Google”) – 165,9 mlrd. $

7. Bernard Arnault (“LVMH”) – 154,1 mlrd. $

8. Steve Ballmer (“Microsoft”) – 151,3 mlrd. $

9. Jensen Huang (“Nvidia”) – 150,4 mlrd. $

10. Warren Buffett (“Berkshire Hathaway”) – 150,4 mlrd. $

"Forbes" Türkiyənin ən varlı adamlarını da siyahıya alıb :

Murat Ülker – 5,4 mlrd. $ (731-ci yer)

Şaban Cemil Kazancı – 4,5 mlrd. $ (875-ci yer)

İpek Kıraç – 3 mlrd. $ (1322-ci yer)

Erman Ilıcak – 2,9 mlrd. $ (1336-cı yer)

Bundan başqa, 2,6 milyard dollarlıq sərvətə sahib Mustafa Rahmi Koç və Ferit Şahenk də siyahıya düşüb.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)