
Bildiyimiz kimi, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Azərbaycanın tamhüquqlu üzvlük təklifini bloklayıb.
Bu barədə "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru və siyasi şərhçi Pərviz Sadayoğlu yenifikir.media-ya geniş açıqlama verib.
Pərviz Sadayoğlu bildirib ki, həqiqətən də, Çində keçirilən son Şanxay Əməkdaşlıq Təşkilatının iclası bir çox məqamlarla yadda qaldı. Eyni zamanda, ŞƏT-ə üzvlük məsələsi, yaxın tərəfdaşlıq məsələsi artıq hüquqi cəhətdən öz həllini tapdı. Azərbaycanda ŞƏT-ə üzvlüyə müraciət etdi; bu müraciət isə Hindistan tərəfindən bloklandı. Bəzi hallarda təəccüblü görünməsə də, bu bloklanma, yəni əslində gözlənilən idi və onun da bir çox səbəbləri vardır.
İlk növbədə, təbii ki, Azərbaycanın Pakistan ilə qardaş əlaqələri, dost münasibətləri burada əsas önəm daşıyan məqamlardan biridir. Çox uzağa getməyə ehtiyac yoxdur; bu ilin aprel və may aylarında Hindistan ilə Pakistan arasında baş verən qısamüddətli toqquşmalar zamanı Azərbaycan Pakistana öz dəstəyini açıq şəkildə ifadə etmişdi və bununla bağlı Azərbaycan Xarici İşlər Nazirinin məlum bəyanatı olmuşdu.
Həmin qarşıdurmada Pakistan qəti şəkildə qələbə çalmışdı və Azərbaycanda bu münasibətlər təbii ki, həm dəstəyini, həm də sevincini bölüşmüşdü. Qardaş ölkə ilə eyni zamanda Pakistan rəhbərliyi Azərbaycanla çox yaxın münasibətləri mövcuddur. Artıq iki dövlət arasında bir neçə milyardlıq investisiya layihələri ilə bağlı müzakirələr gedir; səhv edirəmsə, Pakistan tərəfindən artıq bununla bağlı komissiya yaradılıb. Yəni münasibətlər olduqca isti və yüksək səviyyəlidir; təbii ki, Hindistan da bunu qəbul edə bilmir.
Məlum Kəşmir məsələsinə görə, Azərbaycan həm də Pakistanı dəstəkləyir, Pakistanın ərazi bütövlüyünü müdafiə edir və Kəşmirin Pakistan torpağı olması ilə bağlı birmənalı şəkildə mövqe ortaya qoyur. Digər məsələlərə gəldikdə isə, Hindistan burada təbii ki, iqtisadi maraqlara sahibdir.
Azərbaycanın ŞƏT-ə daxil olması, Çin-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoymasına daha bir müsbət təsir edəcək; bu nöqteyi nəzərdən, artıq Azərbaycan-Çin münasibətləri ikitərəfli strateji tərəfdaşlıq müstəvisinə qədəm qoyacaq. Bu isə o deməkdir ki, yeni nəzərdə tutulan Zəngəzur dəhlizi belə, Şərq-Qərb kontenti üzrə sözün əsl mənasında ən uğurlu, ən operativ və ən dinamik bir logistika mərkəzinə çevriləcək.
Bu isə Hindistanın iqtisadi maraqları ilə heç bir uyğunluq təşkil etmir. Hindistanın birmənalı şəkildə belə deyək, “dışlanması” həmin yolda baş verəcək; çünki, səhv etmirəmsə, iki il bundan öncə G20-nin keçirilən iclasında bir qərar verilmişdi. Orada nəzərdə tutulmuş yol Hindistandan başlayacaq; həmin yol, səhvdən sonra “Ədviyyat yolu” adlandırılır. Həmin bir neçə istiqamətdə, İran və Türkiyə istisna olmaqla, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri vasitəsilə İsrailin Hayfa limanına çıxacaqdır və həmin Ədviyyat yolu vasitəsilə Şərq-Qərb münasibətlərində yeni bir kontent əmələ gələcəkdi.
Lakin, bir müddətdən sonra baş verən kataklizmlər, xüsusilə Həmasın Qəzza bölgəsində İsrail qarşıdurmasının güclənməsi, bu Ədviyyat yolunun aktuallığını aşağı saldı. Bu nöqteyi nəzərdən, Zəngəzur yolu və TRIP-in açılması, Çin vasitəsilə Şərq-Qərb kontenti üzrə münasibətlərin və əlaqələrin güclənməsinə daha yüksək səviyyədə qatqı təmin edəcək.
Digər bir məsələ, təbii ki, Hindistandakı daxili məsələlərdir; burada hazırkı hakimiyyətin, yəni Yandra Mondinin rəhbərlik etdiyi ultra millətçi qrupların hakimiyyətdə olması rol oynayır. Bildiyimiz kimi, Mondinin xüsusi bir müsəlman düşmənçiliyi, anti-İslam fobiyası və hətta anti-türk mahiyyəti mövcuddur. Bu nöqteyi nəzərdən Hindistan, hazırda Azərbaycana və ümumilikdə müsəlman dünyasına qarşı, paralel olaraq türk dünyasına qarşı tutduğu mövqeyi başa düşüləndir.
Burada digər siyasi və regional məsələlər də rol oynayır. O nöqteyi nəzərdən, Azərbaycanın ŞƏT-ə daxil olması, Azərbaycan-Orta Asiya və Şərq münasibətlərində yeni bir səhifə açacaq; belə demək mümkünsə, Azərbaycan vasitəsilə Şərqlə əlaqə qurmaq və Şərqlə iqtisadi, ticari əməkdaşlıq platforması yaratmaq daha asan olacaq. Bu həm Qərb kontentinə, həm də Şərqə aiddir.
Hazırda Azərbaycanla münasibətləri yüksək səviyyədə olan Körfəz ölkələri, Şərqlə əlaqələri məhz Azərbaycan üzərindən qurmağa üstünlük verəcək; bu, həm təhlükəsiz, həm operativ, həm də effektiv və sərfəli bir yoldur. Ərəb ölkələri və digər Şərq dövlətlərini nəzərə alsaq, burada Suriya faktoru da var; Suriya-Azərbaycan münasibətlərində olduqca müsbət dinamika müşahidə olunur. Beləliklə, Hindistan üzərindən hər hansı bir yolun keçməsi və ya Hindistanın yeni nizamın strateji yol xəritəsinə daxil olmaması kimi məqamlar ortaya çıxa bilər.
Bu nöqteyi nəzərdən, Hindistan Azərbaycanın ŞƏT-ə üzv olmasını sürətlə qəbul etməyib, bir qədər narahat olmuş və hətta qorxmuşdur. Azərbaycan-Təbii ki, ŞƏT-Azərbaycan münasibətləri Hindistan kontekstində müzakirə oluna bilməz. Biz Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaxın münasibətlərdə daim həmin təşkilatın zirvə görüşlərinə, yaxın tərəfdaş-dialoq tərəfdaşı kimi dəvət olunuruq; Çinlə əlaqələrimiz çox güclüdür.
Eyni zamanda, digər ŞƏT üzvləri ilə Azərbaycan arasındakı münasibətlərdə də yüksək səviyyəli məqamlar müşahidə olunur; inanırıq ki, gələcəkdə Hindistan da bir zamanlar digər dövlətlərin tutduğu radikal mövqedən əl çəkəcək və Azərbaycanın yeni nizamdakı rolunu qəbul edəcək. Ölkəmizin ŞƏT-ə daxil olmasına hüquqi cəhətdən imkan yaradılacaq.
Qeyd etmək lazımdır ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə təmsilçi ilə seçilib. Analoji prosesin ŞƏT-ə üzvlükdən sonra da davam etməsi gözlənilir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına verəcəyi töhfələr olduqca böyükdür və inanıram ki, yaxın gələcəkdə digər üzv ölkələr bu məqamları Hindistan dövləti və Hindistan hakimiyyəti ilə bölüşəcək; nəticədə, bu məsələ tam şəkildə öz həllini tapacaq.
Ülkər Tahirqızı
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva