
Bir müddət əvvəl sosial şəbəkələrdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin keçmiş müdiri Fəxrəddin Quliyevin şəxsi otağında qeyri-etik davranışlar nümayiş etdirdiyi görüntülər yayılmış və geniş rezonansa səbəb olmuşdu.
Hadisədən sonra könüllü şəkildə istefa ərizəsi yazan Fəxrəddin Quliyevin oğlu Fuad Quliyev də vaxtilə oxşar qalmaqallı video ilə gündəmə gəlmiş və həmin hadisədən sonra çalışdığı klinikadan uzaqlaşdırılmışdı.
Hazırda rayonda stomatoloq kimi fəaliyyət göstərən Fuad Quliyev stomatoloji xidmət adı altında sakinlərə külli miqdarda maddi ziyan vurub. Belə ki, o, etimad qazandığı şəxslərin 4.500, 4.000, 2.600, 800 və 600 manat məbləğində pullarını ələ keçirib. Lakin aldığı vəsait müqabilində nə vəd etdiyi xidməti göstərib, nə də pulları geri qaytarıb.
Yenifikir.media xəbər verir ki, çoxsaylı şikayətlər əsasında stomatoloq barəsində Cinayət Məcəlləsinin “dələduzluq” maddəsi ilə cinayət işi başlanıb və məhkəmə qərarı ilə həbs olunub.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva