Fənərbaxça Edersonu heyətinə cəlb etdi - Bu qiymətə

Maurinyo ilə yollarını ayıran Fənərbaxça, Mançester Sitinin 32 yaşlı qapıçısı Edersonu 3+1 illik müqavilə əsasında transfer edib. Qapıçı hər mövsüm üçün 11 milyon avro maaş alacaq. Yenifikir.media xəbər verir ki, Braziliya milli komandasında 28 oyuna çıxan Ederson 2018 Copa America çempionu olub və 2022 Dünya Kubokunda iştirak edib. O, Braziliya və Portuqaliya klublarında oynadıqdan sonra 2017-ci ildə Mançester Sitiyə keçib və 8 mövsümdə 372 oyun keçirib.

Ederson Mançester Siti ilə 6 Premyer Liqa, 1 Çempionlar Liqası və digər yerli kuboklar qazanıb.

Qeyd edək ki, o, Premyer Liqada 7 asistlə ən çox assist edən qapıçıdır.

Yenifikir.media



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)