Ərdoğan BMT-ni sərt tənqid etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ŞƏT Zirvəsindən sonra BMT-ni sərt tənqid edib. O, qurumun islahata ehtiyacı olduğunu, mövcud sistemin nə Orta Şərqdəki ədalətsizlikləri dayandıra bildiyini, nə də beynəlxalq nizamı qoruya bildiyini bildirib.

Ərdoğan Qəzzada minlərlə günahsız insanın qətliamına susqunluğun qəbuledilməz olduğunu vurğulayıb. O, Suriyada və Cənubi Qafqazda atılan addımları müsbət dəyərləndirib, problemlərin dialoq və diplomatiya ilə həllinin vacibliyini qeyd edib.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)