
Bildiyimiz kimi, Şanxay Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli toplantısı çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın gələcək perspektivləri geniş müzakirə olunub.
Azərbaycan-Çin münasibətlərinin güclənməsi həm regional, həm də qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın çoxvektorlu xarici siyasətində Çinlə əməkdaşlığın strateji rolu xüsusilə vurğulanır. Böyük Azərbaycan Partiyasının sədri və millət vəkili Elşad Musayev bu mövzu ilə bağlı yenifikir.media-ya açıqlama verib. O bildirib ki, hazırda Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı keçirilir. Şanxay Əməkdaşlıq Təşkilatı çox strateji beynəlxalq təşkilatdır. Bu təşkilatın üzvləri sırasında Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan var. Eyni zamanda, təşkilata üzvlərdən başqa müşahidəçi və dialoq tərəfdaşı statusunda olan dövlətlər də daxildir və bu statuslar artıq birləşdirilib.
Elşad Musayev qeyd edib ki, Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatının rəsmi tərəfdaşı statusunu qazanıb. Bu status Azərbaycan üçün yalnız rəsmi tanınma deyil, eyni zamanda bir sıra ölkələrlə iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi imkanlarını da açır. Azərbaycanla Çin arasında münasibətlər çox yüksək səviyyədədir və strateji məsələlərdə iki ölkənin mövqeləri çox vaxt üst-üstə düşür. Bu baxımdan, Azərbaycanın Prezidenti və birinci xanımının Çində yüksək səviyyədə qəbul edilməsi də əhəmiyyətli bir göstəricidir.
Millət vəkili hesab edir ki, Çin kimi strateji dövlətlə əlaqələrin inkişafı Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verəcək. Eyni zamanda, Azərbaycan və Çin arasında iqtisadi əlaqələr ölkə iqtisadiyyatının güclənməsinə ciddi dəstək olacaq. Qeyd olunub ki, Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və bir sıra məsələlərdə Azərbaycana dəstək verməsi gözləniləndir.
Nəticə etibarilə, Azərbaycan və Çin arasındakı əlaqələrin bundan sonra da yüksək səviyyədə inkişaf edəcəyi proqnozlaşdırılır. Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirir və bu siyasətdə əsas istiqamətlərdən biri Çin istiqamətidir. Musayev bildirib ki, bu əməkdaşlıq Azərbaycan iqtisadiyyatına, siyasətinə və ümumilikdə beynəlxalq əlaqələrinə əhəmiyyətli töhfələr verəcək.
Ülkər Tahirqızı
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva