
Azərbaycanlı peşəkar döyüşçü Cəbrayıl Əliyev "sevgilisini döyərək öldürməklə hədələdiyi üçün" Rusiyada 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, idmançı məhkəmənin qərarı ilə "mənəvi zərərə görə" rusiyalı qadının xeyrinə 500 min rubl ödəməli olacaq. İddiaya guya görə C.Əliyev ötən il iyulun 27-də Moskvada yerləşən binanın 4-5-ci mərtəbələri arasındakı pilləkəndə heç bir səbəb olmadan qadını itələyərək divara çırpıb. Sonra ən azı iki dəfə onun başına "vurub" və "öldürməklə" hədələyib.
Cəbrayıl Əliyev peşəkar idmançı, MMA döyüşçüsüdür, yumruq döyüşləri üzrə ixtisaslaşmış "Hardcore Fighting" təşkilatının turnirlərində iştirak edib. Teleqraf
Yenifikir.media
© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva