"Vüsal Masallinski” həbs edilib

Müxtəlif cinayət əməllərində təqsirləndirilən, “Vüsal Masallinski” ləqəbi ilə tanınan Vüsal Nuriyev saxlanılıb.APA-nın xəbərinə görə, V. Nuriyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.

Onun barəsində həbs qərarı çıxarılıb, hazırda istintaq aparılır.V. Nuriyev bundan əvvəl də bir neçə dəfə məhkum edilib.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)