
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, ABŞ-ın dəstəyi ilə Aİ Ukraynaya çoxmillətli hərbi birlik göndərilməsi üçün “çox dəqiq planlar” üzərində işləyir. O, Financial Times-a istinadən bildirib ki, təhlükəsizlik zəmanətləri həyati əhəmiyyət kəsb edir:
“Bizim aydın yol xəritəmiz var. Ağ Evdə razılıq əldə olunub və işlər uğurla irəliləyir”.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Aİ-yə təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Amerikanın bölgədə mövcudluğuna dair təminat verib.
Fon der Lyayen əlavə edib ki, ötən həftə Könüllülər Koalisiyasına daxil olan ölkələrin Baş Qərargah rəisləri Ukraynada qoşunların yerləşdirilməsi ilə bağlı konkret planları müzakirə ediblər. “Ordu yerləşdirmək bir dövlətin ən mühüm suveren qərarlarından biridir və bu, yalnız siyasi qərardan sonra mümkündür”, – deyə o bildirib.
Aİ rəhbəri həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin sabit maliyyələşməsi üçün yeni mənbələr axtarılır və bu maliyyə dəstəyi sülh dövründə də davam etməlidir.
Fon der Lyayen müharibənin xarakterinin dəyişdiyini diqqətə çatdıraraq, Aİ ordularının pilotsuz uçuş aparatlarına, hava və raket müdafiəsinə, kosmik və kibertəhlükəsizlik imkanlarına daha çox sərmayə yatırmalı olduğunu bildirib.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva