İsrailin hava zərbəsində husilərin baş naziri öldürüldü

İranın dəstəklədiyi husilərin baş naziri Əhməd ər-Rəhavi Yəmənin paytaxtı Sənada İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində həlak olub. Al-Jumhuriya qəzetinin məlumatına görə, ər-Rəhavinin meyidi evində tapılıb. 

İsrail rəsmiləri hücumlarda husilərin müdafiə naziri Məhəmməd əl-Atifi və Baş Qərargah rəisi Məhəmməd Əbdülkərim əl-Qəmarinin də öldüyünü ehtimal edirlər. Əl-Qəmari daha əvvəlki İsrail zərbəsində yaralanmışdı.

İsrail mediası ölənlərlə bağlı dəqiqləşdirmələrin davam etdiyini bildirib. Hava zərbələrinin husilərin lideri Əbdülməlik əl-Husinin planlaşdırdığı çıxışla eyni vaxta təsadüf etdiyi, lakin onun həmin vaxt bölgədə olmadığı vurğulanır.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)