“İçməli suyun keyfiyyəti: sağlamlığımız üçün təhlükə” - SOSİOLOQ

Dahilər haqlı olaraq suyu həyat mənbəyi adlandırıblar. Həqiqətən də insanların içdiyi suyun tərkibi çox əhəmiyyətlidir. Xalqımız həmişə bulaqlarımızla öyünüb. Çünki suyun təmiz və saf olmasının insanın mənəviyyatına da təsir etməsinə inanılıb. Amma təəssüf ki, hazırda əsasən də Bakı və Abşeron ərazisində içdiyimiz, istifadə etdiyimiz suların tərkibi heç bir normaya uyğun deyil. Görünür düzgün təmizlənmir, filtrdən süzülmür. Nəticədə evdə istifadə edərkən suyun necə çirkli olduğunun şahidi oluruq. Şübhəsiz ki, bu içindən qum, daş, zibil tullantıların çıxdığı su insan sağlamlığı üçün də zərərlidir. İnsanlar məcbur olub həddən artıq baha qiymətlərə təklif olunan su filtr aparatlarını mənzillərində quraşdırmalı olurlar. Buna da hamının maddi imkanı çatmır. Ailələr məcbur olur, birbaşa krandan içməli su istifadə etsinlər. Ölkədə daha çox yayılmış bəzi xəstəliklərin əsası səbəblərindən biri də süni qidalarla yanaşı çirkli sudur. Odur ki, aidiyyəti qurumlar ən azı əhali verilən içməli suyun tərkibinin təmizlənməsi ilə bağlı tədbirlər görməlidirlər. Əsasən də körpələrin, gələcək nəsillərin sağlam böyüməsi üçün bu çox vacibdir.


Sədaqət Əliyeva

Sosioloq


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)