Samirə Hüseynova təltif olundu - FOTO

Təhsil sahəsində mühüm məsələlərdən biri olan müəllim amilinə həsr olunmuş seminar təşkil edilib. Tədbirdə müasir dövrdə müəllimin rolu, təhsildə əhəmiyyəti və gələcəyin müəllimi olmaq istiqamətində aktual məsələlər müzakirə olunub.

28 avqustda Zoom platformasında interaktiv formatda keçirilən seminar zamanı iştirakçılar mövzu ilə bağlı suallarını birbaşa təqdim edərək fəal fikir mübadiləsində iştirak ediblər.

Hörmətli deputat Ceyhun Məmmədov çıxışında müəllimlərin bu gün və gələcək üçün cəmiyyət qarşısındakı məsuliyyətini xüsusi vurğulayaraq bir sıra maraqlı və vacib məqamlara toxunub.

Tədbirdə həmçinin YAP Şirvan şəhər təşkilatının S.Vurğun küçəsi 11 ünvanında yerləşən (Elçin İmanov adına 10 saylı tam orta məktəb) ərazi partiya təşkilatının sədri Samirə Hüseynova da təltif olunub.

 

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)