Modi Trampın zənglərinə cavab vermədi – ABŞ-Hindistan münasibətlərində gərginlik artır

ABŞ-ın Hindistana əlavə 25% gömrük rüsumu tətbiq etməsindən sonra (ümumilikdə 50%-ə çatıb) Baş nazir Narendra Modinin Prezident Donald Trampın dörd telefon zənginə cavab vermədiyi iddia olunur.

Yenifikir.media xarici mətbuata istinadən xəbər verir ki, Modi Trampın dəfələrlə əlaqə saxlama cəhdlərini qəbul etməyib.

Xatırladaq ki, Tramp Hindistan və Rusiyanın iqtisadiyyatlarını “ölü” adlandırmış, Dehlini isə Ukraynaya biganə qalmaqda günahlandırmışdı. Bu gərginlik fonunda ABŞ nümayəndələrinin Yeni Dehliyə nəzərdə tutulan səfəri də ləğv olunub.

Hazırda Hindistanın ümumi neft idxalının 45%-i Rusiyanın payına düşür (gündə təxminən 2 milyon barel). Bu göstərici ötən il Moskvaya 41 milyard funt gəlir qazandırıb.

Beləliklə, artan ticari gərginlik ABŞ-Hindistan münasibətlərini daha da kəskinləşdirib.



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)