ABŞ Ukraynaya uzun mənzilli raket satışını təsdiqlədi

Rusiya-Ukrayna müharibəsində gərginlik artarkən ABŞ administrasiyası Ukraynaya uzun mənzilli hücum raketləri (ERAM) satışına icazə verib. Ukrayna alış üçün Avropa ölkələrindən ayrılan vəsaitlərdən istifadə edəcək. Satış paketi 3 min 350 raketi əhatə edir və dəyəri 825 milyon dollardır. Qərar, Prezident Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlərindən sonra açıqlanıb.

Mənbələr bildirir ki, satış plan üzrə başa çatarsa, 150–280 mil (241–450 km) məsafəli raketlər bu ilin sonuna qədər Ukraynaya təhvil veriləcək. Raketlərin istifadəsinə məhdudiyyətin olub-olmadığı hələ müəyyənləşməyib.

ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunub ki,: “Ukrayna bu satınalma üçün Danimarka, Hollandiya və Norveçdən gələn fondlardan və ABŞ-ın Xarici Hərbi Yardım Fondundan istifadə edəcək. ERAM NATO müttəfiqləri ilə birgə qısa müddətdə təhvil verilə bilən effektiv və çevik bir sistemdir.”

Yenifikir.media 


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)