Putin: “Rusiya Asiya-Sakit okean regionunda ədalətli beynəlxalq sistemin qurulmasına hazırdır”

Rusiya Prezidenti Vladimir Putin 10-cu yubiley Şərq İqtisadi Forumunun iştirakçılarına, təşkilatçılarına və qonaqlarına müraciət edib. Yenifikir.media bildirir ki, müraciət Kremlin rəsmi saytında dərc olunub.

Putin müraciətdə bildirib ki, Şərq İqtisadi Forumu haqlı olaraq nüfuz qazanıb. Onun sözlərinə görə, Vladivostokda keçirilən forumun devizi – “Uzaq Şərq – sülh və rifah naminə əməkdaşlıq” – simvolikdir.

Prezident vurğulayıb ki, dünya iqtisadiyyatının mərkəzi getdikcə Asiya-Sakit okean regionuna keçir. “Burada dövlətlər arasında qarşılıqlı faydalı əlaqələr qurmaq üçün yeni imkanlar yaranır – təkcə ikitərəfli deyil, həm də ŞƏT və BRİKS kimi birliklər çərçivəsində”, – deyə o qeyd edib.

“Rusiya bütün tərəfdaşlarla açıq dialoqa hazırdır və regionda beynəlxalq münasibətlərin ədalətli sistemi qurulmasına fəal töhfə vermək niyyətindədir”, – Putin əlavə edib.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)