Mourinyo məğlubiyyətlə barışmır : - "Daha güclü bir komandaya uduzduq"

UEFA Çempionlar Liqası play-off mərhələsinin cavab oyununda Fənərbaxçə, Benfika qarşısında 1-0 hesabı ilə məğlub oldu.

Baş məşqçi Joze Mourinyo oyundan sonra bildirib ki: “Bu gün daha güclü bir komandaya uduzduq. İlk yarıda ritmə uyğunlaşa bilmədik, ikinci yarıda isə daha yaxşı oynadıq və dəqiq fürsətlər yaratdıq, amma yetərli olmadı. Benfika ilk yarıdakı performansları ilə qalib gəlməyi bacardı.”

Yenifikir.media bildirir ki, baş məşqçi Mourinyo  fikrini bu cür tamamlayıb : “Əgər Çempionlar Liqasında olsaydıq, 8 oyun oynayardıq. Amma Avropa Liqasında finala qədər getmək şansımız var.”

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)