Tramp iclas təşki edib Qəzzanın gələcəyini müzakirə etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Qəzzanın gələcəyinə dair iclas təşkil edib. ABŞ mediasına görə, görüşdə “müharibədən sonrakı Qəzzanın yenidən qurulması”, bölgədəki siyasi durum və “Hamassız Qəzza” ssenarisi müzakirə olunub.

Yenifikir.media xəbər verir ki,toplantıya Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, Cared Kuşner, Dövlət katibi və Milli Təhlükəsizlik müşaviri Marko Rubio, həmçinin Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer qatılıb.

Eyni zamanda, ABŞ Dövlət katibi Rubio İsrail XİN rəhbəri Gideon Saar ilə Vaşinqtonda görüşərək Qəzza, Livan, Suriya və İran təhdidi ilə bağlı məsələləri müzakirə edib. ABŞ-ın İsrailin təhlükəsizliyinə dəstəyi bir daha təsdiqlənib.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)