
Macarıstan və Slovakiyaya “Drujba” neft kəməri üzrə tədarük sentyabra qədər bərpa edilməsə, strateji ehtiyatlardan istifadə etmək lazım gələcək. Bu barədə Macarıstanın MOL şirkətinin baş direktoru Jolt Hernadi açıqlama verib.
“Bizdə 25-30 günlük neft ehtiyatı var. Bundan əlavə, benzinin, dizel yanacağının və kerosinin də təxminən eyni qədər ehtiyatı mövcuddur. Slovakiyada vəziyyət oxşardır"- Hernadi qeyd edib.
O həmçinin əlavə edib ki, əgər kəmər ayın sonuna qədər dördüncü dəfə dayandırılarsa, yanacaq çatışmazlığının qarşısını almaq üçün strateji ehtiyatlardan istifadə olunacaq.
Xatırladaq ki, 22 avqustda Ukrayna “Drujba” neft kəmərinə raket zərbəsi endirib. Macarıstanın Xarici İşlər naziri Peter Siyarto bu hücumu ölkənin suverenliyinə qarşı təcavüz adlandırıb.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva