
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İran Prezidenti ilə eyni dildə danışdıqlarını və tərcüməçiyə ehtiyaclarının olmadığını vurğulayıb. Dövlət başçısı İran Prezidentini istedadlı şəxs kimi xarakterizə edərək bildirib:
“İran Prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq.”
Tanınmış politoloq Xəqani Cəfərli yenifikir.media-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində İran Prezidenti haqqında xoş sözlər deməsi təsadüfi deyil.
O qeyd edib ki, İran Prezidenti hörmətli Məsud Pezeşkianın Azərbaycana hər iki səfəri yüksək səviyyədə keçirilib. Cənab Pezeşkianın Xankəndinə səfəri Azərbaycan və İran prezidentləri arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu göstərir. Bu günə qədər iki ölkə prezidentləri arasında belə yüksək səviyyəli əlaqələr müşahidə olunmayıb.
Politoloq əlavə edib ki, prezidentlər eyni xalqa mənsub olmalarından irəli gələn yaxınlığı dövlətlərarası münasibətlərdən üstün tutmağa çalışırlar. Bu, çox müsbət bir hadisədir. İki ölkə prezidentləri arasındakı belə isti münasibət dövlətlər arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün münbit şərait yaradır. Sadəcə olaraq, İranda prezidentin səlahiyyətləri məhduddur. Əgər cənab Pezeşkian tam səlahiyyət sahibi olsaydı, Azərbaycan-İran münasibətləri bu gün artıq tam fərqli səviyyədə olardı.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva