Gənclərin özünəinamını qorumaq: Valideynlərin reaksiyası HƏR ŞEYİ DƏYİŞİR -  

Universitetə qəbul olmaq hər gəncin həyatda böyük arzularından biridir. Lakin bəzən nəticələr istənilən kimi olmur və bu, gənclərdə həm emosional gərginlik, həm də özünəinam itkisinə səbəb ola bilər.

Sosioloq Sədaqət Əliyeva yenifikir.media-ya bildirib ki, belə anlarda valideynlərin reaksiyası gəncin psixoloji durumuna birbaşa təsir göstərir. Əgər valideynlər sərt tənqid və təzyiq göstərirsə, bu, gəncin qorxu və stres hisslərini artırır, motivasiyasını azaldır və uzun müddətli emosional gərginlik yarada bilər.

Universitetə qəbul ola bilməmək kimi uğursuzluq anlarında valideynlərin dəstəyi, anlayışı və təşviqi çox önəmlidir. Valideyn övladına dost münasibəti ilə yanaşmalı, səbirlə dinləməli və ruhlandırıcı sözlər söyləməlidir. Bu, çətin anları yüngülləşdirir, gəncin özünəinamını möhkəmləndirir və psixoloji sağlamlığını qoruyur.

Həmçinin, uğursuzluq anında belə təhlükəsiz və dəstəkləyici mühit yaratmaq gəncin emosional balansını qorumağa və gələcək uğurlar üçün motivasiyasını artırmağa kömək edir. Bu yanaşma, gəncin gələcək planlarına inamını gücləndirir və onu yeni məqsədlər üçün ruhlandırır.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)