Estoniya Rusiyaya sərhəddə “dron divarı” inşa edəcək

Estoniya Rusiyaya sərhəddində “dron divarı” üçün 200 milyon avro xərcləməyi planlaşdırır. Daxili işlər naziri İqor Taro bildirib ki, əvvəlcə şərq sərhədi boyunca hasar tikiləcək, daha sonra onu müxtəlif texnoloji vasitələrlə təchiz etmək nəzərdə tutulur. Nazir əlavə edib ki, bu məbləğ təxminən ölkənin illik avtomobil vergisinə bərabərdir.

Əvvəlcə Polşa və Finlandiya da Rusiyadan “ayrılmaq” məqsədilə bataqlıqların bərpasını planlaşdırıb, bununla sərhədləri möhkəmləndirmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq niyyətindədirlər.

Finlandiya prezidenti Aleksandr Stubb isə bildirib ki, Ukraynadakı münaqişə başa çatdıqdan sonra Finlandiya ilə Rusiya arasındakı münasibətlər bərpa olunacaq. O vurğulayıb ki, iki ölkənin ortaq tarixi əlaqələri gələcək əməkdaşlığı formalaşdıracaq.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)