
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi coğrafiyasında yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Bu strateji layihə yalnız regionlararası nəqliyyat əlaqələrini gücləndirmir, eyni zamanda ölkənin ticarət, sənaye və xidmət sektorlarının inkişafına yeni imkanlar açır. Ekspertlər bildirirlər ki, dəhlizin fəaliyyəti nəticəsində Azərbaycanın həm daxili bazarında, həm də beynəlxalq arenada iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artacaq.
Tanınmış iqtisadçı ekspert Akif Nəsirli yenifikir.media-ya açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu dəhlizin açılması ilə ölkədə bir neçə sahənin daha sürətli inkişafı gözlənilir.
Nəqliyyat və logistika sahəsində Azərbaycan beynəlxalq tranzit qovşağına çevriləcək, Orta Dəhlizin (Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə–Avropa) əhəmiyyəti artacaq. Yükdaşımaların sürəti və həcmi böyüyəcək, xüsusilə Türkiyə, Rusiya, İran, Orta Asiya və Avropa istiqamətində.
Ticarət və ixrac imkanları genişlənəcək, Azərbaycan məhsullarının Türkiyə və Avropa bazarlarına çıxışı asanlaşacaq, idxal-ixrac xərcləri azalacaq və məhsulların rəqabət qabiliyyəti artacaq. Sənaye və kənd təsərrüfatı sahələrinə də böyük töhfə gözlənilir. Logistika xərclərinin azalması kənd təsərrüfatı məhsullarının daha geniş bazarlara çıxışını təmin edəcək, sənaye mallarının ixracı isə genişlənəcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli bərpası və məhsullarının ixracı mümkün olacaq.
Turizm sahəsində də yeni imkanlar yaranacaq. Azərbaycan-Türkiyə və Azərbaycan–Naxçıvan turizm marşrutları asanlaşacaq, quru yolu ilə Naxçıvana və oradan Türkiyəyə səyahət imkanları artacaq. Regionda yeni turizm marşrutları, məsələn Bakı–Şuşa–İqdır–İstanbul istiqaməti formalaşa bilər.
Enerji və kommunikasiya layihələrinin genişlənməsi də gözlənilir. Dəhliz vasitəsilə elektrik xətləri, qaz boruları və fiber-optik kabel şəbəkələrinin çəkilməsi planlaşdırılır. Bu, Azərbaycanın enerji resurslarını Türkiyə və Avropa istiqamətinə ötürməsi üçün yeni imkanlar yaradacaq.
Maliyyə və xidmət sektoru da dəhlizdən faydalanacaq. Yükdaşımalar və sərhəd ticarətinin genişlənməsi bank, sığorta və logistika xidmətlərinə tələbatı artıracaq, kiçik və orta biznes üçün yeni imkanlar yaranacaq.
Akif Nəsirli vurğulayıb ki, Zəngəzur dəhlizi açıldığı təqdirdə ən sürətli inkişafın nəqliyyat–logistika, ixrac–ticarət, kənd təsərrüfatı və turizm sahələrində müşahidə olunması gözlənilir.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva