
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti 160 nəfərlik rəhbər heyətin iştirakı ilə 23–24 avqust tarixlərində Şuşa şəhərində “timbildinq” formatında genişmiqyaslı tədbir keçirib.
“Dəyərlərimizin izi ilə” adlı tədbirin əsas məqsədi şirkətin rəhbər prinsipləri olan birlik və bütövlük, təşəbbüskarlıq, məsuliyyət, ədalət və etibarlılıq kimi dəyərləri möhkəmləndirmək, komandadaxili həmrəyliyi artırmaq və gələcək fəaliyyətə motivasiya qazandırmaq olub.
23 avqust tarixində səhər saatlarında Şuşaya doğru yola düşən iştirakçılar üçün səfər zamanı interaktiv oyunlar təşkil olunub. Şuşaya çatdıqdan sonra mədəni tur proqramı çərçivəsində Mərkəzi meydan, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalasının divarları və Cıdır düzü ziyarət edilib.
Axşam saatlarında keçirilən qala gecəsinin açılışını Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov edib, komandaya öz xoş sözlərini çatdırıb.
Gecədə tanınmış ifaçılar vətənpərvər repertuarla çıxış ediblər. Proqramın ikinci hissəsində “stand-up” ustası Fəqan Məmmədov səhnəyə çıxıb, tədbir DJ performansı ilə başa çatıb. Gecədən sonra iştirakçılar üçün müxtəlif stolüstü və interaktiv oyunlar təşkil olunub.
24 avqust tarixində isə Xankəndi turu çərçivəsində şəhərin müxtəlif tarixi məkanları ziyarət olunub, Qarabağın mədəni irsi və təbiəti ilə yaxından tanışlıq təmin edilib.
İki gün davam edən tədbir rəhbər heyət üçün həm mənəvi, həm də komanda ruhunu gücləndirən önəmli bir platforma kimi yadda qalıb.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva