
“Nikol Paşinyan Vaşinqtonda üzərinə götürdüyü öhdəlikləri reallaşdırmaq üçün ilkin addımlar atmağa hazırlaşır. Hər halda Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümündə baş nazir Nikol Paşinyanın açıqladığı fikirlər və nə etmək istədiyini dilə gətirməsi bunu deməyə əsas verir. Məncə N.Paşinyan həm Azərbaycanla Sülh müqaviləsi imzalamaq üçün, həm də artıq yüz ildən çoxdur ki, erməni ictimai şüuruna ağır xəstəlik kimi daxil olan daşnak düşüncəsini birdəfəlik məhv etmək üçün ilk əvvəl Konstusiyasiya dəyişikliyinə əl atmalıdır. Çünki məhz Konstitusiyadakı işğalçılıq müddəaları erməni cəmiyyətini daşnak və işğalçılıq şüuru ilə “qidalandırır”. Əgər N.Paşinyan əsaslı dəyişiklik etmək və Ermənistanı on illiklərdir ki, faşist cəngində saxlayan revanşist siyasətdən yaxa qurtarmaq istəyirsə o zaman daşnak ideologiyası üçün heç bir hüquqi tutanaq saxlamamalıdır.”
Bu fikirləri “Yenifikir.media”-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Ermənistandakı iylənmiş çoxəsrılik xəstə streotipləri sındırıb məhv etmək üçün ilk əvvəl başdan-ayağa Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə dolu olan bu sənəd tarixin zibilliyinə atılmalıdır.
“Diqqət edin, erməni baş nazir bəyan edib ki, Müstəqillik Bəyannaməsinin müddəaları Qarabağ ətrafındakı separatçılıq hərəkatının əsasını qoyub. Baş nazir açıq-aşkar erməni cəmiyyətinə mesaj verir ki, bu ideologiyadan imtina ölkənin müstəqilliyini qorumaq, hazırkı geopolitik dəyişikliklər fonunda Ermənistanı mühüm layihələrə qoşmaq və iqtisadi bataqlıqdan çıxarmaq üçün olduqca vacibdir.
Ən əsası Azərbaycanla Sülh Müqaviləsi imzalamaq üçün ərazi iddiaları ilə dolu maddələri tarixin zibilliyənə atmaq laızmdır ki, iki ölkə arasında normal münasibətlər üçün ilk addım atılsın. Bunu Ermənistanda iqtidarlı-müxalifətli hər kəs əla dərk edir.”
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva