
Azərbaycan Prezidenti Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Sərəncam imzalayıb. Bu sənəd sayəsində ölkəyə daxil olan turistlər vizanı daha rahat, sürətli və maneəsiz şəkildə əldə edə biləcəklər.
Məsələ ilə bağlı tanınmış iqtisadçı Asif İbrahimov yenifikir.media-ya açıqlamasında bildirib ki, belə addımlar ölkə iqtisadiyyatı və turizm sektoru üçün mühüm əhəmiyyət kəsb edir:
“Ümumiyyətlə, bu tip yarışlar – Formula 1 kimi beynəlxalq idman tədbirləri, beynəlxalq musiqi müsabiqələri və digər yarışlar hər hansı ölkədə və ya regionda keçirildikdə, həmin ölkənin iqtisadiyyatına canlılıq gətirir. Formula 1 kifayət qədər prestijli yarışıdr, dünya miqyasında diqqətlə izlənilir və müxtəlif ölkələrdən turistləri cəlb edir. Əvvəllər turistlər viza məsələlərində, icazələrin və razılıqların əldə olunmasında müəyyən çətinliklərlə üzləşirdilər. Prezidentin imzaladığı bu sərəncam isə vaxtında atılmış çox vacib addımdır.”
İqtisadçının sözlərinə görə, bu qərar nəticəsində xarici turistlərin Azərbaycana üz tutması daha da asanlaşacaq:
“Artıq ölkəmizə gəlmək istəyən turistlər heç bir çətinlik yaşamayacaqlar. Bu isə, bir tərəfdən, iqtisadi aktivliyi artıracaq, digər tərəfdən isə turizm sektorunda canlanmaya səbəb olacaq”, – deyə İbrahimov vurğulayıb.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva