
Rusiya və Ukrayna arasında birbaşa danışıqlar 16 may 2025-ci il tarixində, üç ildən artıq fasilədən sonra bərpa olunub. İstanbulda baş tutan görüşdə tərəflər mümkün atəşkəs planlarını təqdim etməyi və genişmiqyaslı əsir mübadiləsi həyata keçirməyi razılaşdırıblar.
İkinci görüş 2 iyun tarixində, yenə İstanbulda keçirilib. Moskva sülh şərtlərini əks etdirən memorandum layihəsini təqdim edib, Ukrayna isə bir neçə gün əvvəl oxşar sənəd təqdim etmişdi. Görüş qapalı rejimdə baş tutub, tərəflər əlavə əsir mübadiləsi həyata keçiriblər.
Üçüncü görüş 23 iyulda keçirilib. Danışıqlarda memorandumlar müzakirə olunub və hər iki tərəfdən ən azı 1,2 min əsirin geri qaytarılması barədə razılıq əldə edilib.
Avqustun ortalarında Donald Tramp Putin və Zelenski ilə görüşlər keçirib. O, 2019-cu ildən bəri ilk dəfə Rusiya və Ukrayna prezidentlərinin görüşünün hazırlanmasına başlanıldığını elan edib. Moskva bildirir ki, Putin görüşə hazırdır, lakin bütün yüksək səviyyəli məsələlər "yaxşı işlənməli və ekspertlər tərəfindən tövsiyələr hazırlanmalıdır"
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva