
Bəzən elə olur ki, gün ərzində iki, üç, bəzən dörd müxtəlif yerə getmək üçün ictimai nəqliyyatdan istifadə edirik. Bu, ölkəmizdə normalda iki-üç manata və ya daha çox xərclə başa gələ bilər.
Avropanın bir çox ölkələrində isə ictimai nəqliyyat qiymətləri fərqlidir. Məsələn, Almaniyada bir şəhərdaxili bilet təxminən 3-4,5 avro təşkil edir ki, bu da oradakı orta aylıq maaşla müqayisədə sərfəlidir. Fransada və İngiltərədə isə gündəlik ictimai nəqliyyat üçün sərf olunan məbləğ daha yüksək olsa da, orta aylıq maaş da buna uyğun olaraq böyükdür. Beləliklə, bu ölkələrdə insanlar gündəlik gediş üçün xərclədikləri məbləği aylıq gəlirlərinə görə rahat ödəyə bilirlər.
Azərbaycanla müqayisədə qiymətlər bəzən aşağı görünə bilər, lakin əsas məsələ ictimai nəqliyyatın sərnişin üçün əlçatan və gündəlik istifadəyə uyğun olmasıdır.
Bu mövzu ilə bağlı yenifikir.media-ya açıqlama verən tanınmış nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ictimai nəqliyyatda qiymətlər bir çox ölkələrlə müqayisədə normaldır və Azərbaycan cəmiyyəti üçün qəbulolunandır. Lakin zaman-zaman artımlar baş verir. Qiymətlər az da olsa yüksəlir; məsələn, 20 qəpikdən 50 qəpiyə və daha yüksək səviyyələrə çatıb və tətbiq olunur.
Ekspertin sözlərinə görə, daşıyıcı şirkətlər bu qiymətləri hələ də az hesab edirlər. Metropolitenin açıqlamasına görə, bir sərnişin üçün çəkilən xərc bir manatdan çoxdur, amma sərnişin yalnız 50 qəpiyə daşınır. Avtobus şirkətləri də eyni mövqedədir. Lakin dövlət bu məsələləri elə tənzimləyir ki, vətəndaş üçün gediş haqqı ağır yükə çevrilməsin.
Elməddin Muradlı əlavə edib ki, avtobus və metro parkının yenilənməsi, qatar və vaqonların alınması, yeni avtobusların gətirilməsi böyük xərclər tələb edir və bu xidmətlərin ucuz başa gəlməsi mümkün deyil.
O qeyd edib ki, daşıyıcı şirkətlər sahibkarlıq subyekti olaraq yalnız biznes maraqları ilə fəaliyyət göstərir. Onların kiməsə borcu və ya asılılığı yoxdur; məqsəd qazanc əldə etməkdir. Xərclər borcları ödəməyə yetmədikdə isə vəziyyət fərqli şəkil alır.
Dövlət isə bu sahəni tənzimləyir. Gündəlik nəqliyyat xərcləri ölkəmiz üçün çox baha hesab olunmur və gələcəkdə tənzimləyici addımlar atılması planlaşdırılır. Tələbələr, şəhid ailələri, qazilər, təqaüdçülər və digər kateqoriyalardan olan insanlar üçün güzəştlər nəzərdə tutulub. Həmçinin həftəlik, aylıq və illik biletlərin qiymətləri fərqli şəkildə hesablanacaq.
Mütəxəssisin fikrincə, bu tədbirlər nəticəsində gediş haqqı daha cəlbedici olacaq və uzun müddət ictimai nəqliyyatdan istifadə edənlər üçün qiymətlər aşağı düşəcək.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva