
Kəlbəcər Azərbaycanın ən gözəl və strateji əhəmiyyətə malik bölgələrindən biridir. Bu diyar həm təbii sərvətləri, zəngin tarixi, həm də işğaldan azad edildikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyması ilə xüsusi önəm daşıyır.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri isə bölgənin həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin dövlətçilik tarixində də əlamətdar məqam kimi yadda qaldı. Prezident İlham Əliyevin Kəlbəcərə səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş torpaqlarımızda həyat sürətlə bərpa olunur, müasir infrastruktur layihələri reallaşdırılır və xalqımızın doğma yurdlarımıza qayıdışı artıq gerçəkləşir.
Belə ki, Kəlbəcər rayonunda da yeni yaşayış kompleksinin, istirahət parkının bünovrəsi qoyuldu, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı edildi, eyni zamanda dövlət başçısı rayona gediş-gəlişi asanlaşdıran Toğanalı-Murovdağ-İstisu Tunelinin texniki açılışını da etdi. Beləliklə, Kəlbəcər rayonu da öz doğma sakinlərini qarşıladı, Kəlbəcərin Azərbaycan iqtisadiyyatına, ölkəmizin digər ərazilərinə daha yaxından inteqrasiya imkanları yarandı.
Dövlətimizin başçısının səfər çərçivəsində etdiyi çıxış həm Kəlbəcərin taleyinə, həm də ümumən Azərbaycanın gələcək inkişaf yoluna dair mühüm mesajlarla zəngin idi. Bu çıxışda işğal dövrünün acı xatirələri, Vətən müharibəsi və antiterror əməliyyatları ilə qazanılan Qələbənin tarixi əhəmiyyəti, həmçinin bu gün formalaşan yeni reallıqlar geniş şəkildə vurğulandı. Prezident İlham Əliyev həmin gün kəlbəcərlilərlə görüşdə sanki hər bir sakinin ürəyindəki sözləri dilə gətirdi: “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” Bu sözlər sadəcə bir salam deyil, bu sözlər 32 illik həsrətin, göz yaşının, arzunun inamın cavabı və bir millətin haqqının bərpasıdır.
Kəlbəcərin 1993-cü ildə işğal altına düşməsi strateji baxımdan Azərbaycan üçün böyük problemlər yaratmışdı.Uzun illər danışıqlar aparıldı, lakin Ermənistan heç vaxt bir qarış torpaq qaytarmaq niyyətində deyildi. Kəlbəcərin 1993-cü ildə işğal altına düşməsi Azərbaycan üçün böyük strateji itki idi. Bu işğal ölkəmizin təhlükəsizliyi, iqtisadi inkişafı və bölgədəki mövqeləri baxımından ciddi problemlər yaratmışdı. 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı çıxış edən Prezident İlham Əliyev həmin dövrə toxunaraq vurğuladı ki, illərlə aparılan danışıqlar nəticəsiz qalırdı, çünki Ermənistan heç vaxt bir qarış torpağı geri qaytarmaq niyyətində deyildi.
Dövlət başçısı bildirdi ki, beynəlxalq vasitəçilər də ədalətli mövqe tutmaq əvəzinə, əksinə, işğalçıya hüquqi don geyindirməyə çalışır, Ermənistanın mövqeyini möhkəmləndirirdilər. Əgər o dövrdə Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlət cəzalandırılsaydı, bəlkə də torpaqlarımız sülh yolu ilə azad edilə bilərdi. Lakin bu baş vermədi. Əksinə, bəzi dövlətlər Ermənistana milyardlarla dollar dəyərində pulsuz silahlar verərək işğalın uzadılmasına çalışdılar. Prezident İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında Azərbaycan Ordusunun qənimət kimi götürdüyü silahların dəyəri 5-6 milyard dollar təşkil edirdi. Cənab Prezident çıxışında vurğuladı ki, bütün bu təzyiqlərə və ədalətsizliklərə baxmayaraq, Azərbaycan xalqı heç vaxt işğalla barışmadı. Dövlət və xalq bir yumruq kimi birləşdi, güclü siyasi iradə və hərbi qüdrət nəticəsində Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdi. Onun sözlərinə görə, Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Həmçinin qeyd etdi ki, 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri planlı və sistemli əməliyyatlar həyata keçirdi, ordumuz yüksək intizam və vətənpərvərlik nümunəsi göstərdi. Döyüş meydanında bir nəfər belə fərari olmadı, amma Ermənistan ordusunda 12 min nəfər fərarilik etmişdi.
Prezident İlham Əliyev Kəlbəcərin bir güllə atılmadan azad olunmasının xüsusi əhəmiyyətini də vurğuladı. Bu, təkcə hərbi gücün deyil, həm də düzgün taktiki planlamanın nəticəsi idi. O, həmçinin "Fərrux", "Qırxqız", "Sarıbaba" istiqamətində aparılan uğurlu əməliyyatların Azərbaycanın şanlı hərb tarixinin bir parçası olduğunu bildirdi.
Prezidentin Kəlbəcərdə səsləndirdiyi bu fikirlər bir daha göstərir ki, Azərbaycan xalqı və dövləti qarşısına qoyduğu bütün hədəflərə qətiyyət, güclü iradə və milli birlik hesabına nail olub. Amma gəlin unutmayaq: yalnız güc deyil, quruculuq da əsasdır. Bu gün Kəlbəcərə Böyük Qayıdış artıq reallıqdır və bu qayıdışın geri dönüşü yoxdur. Biz dağıdılmış torpaqları həyatla doldurur, viranələri bərpa edir, gələcək nəsillər üçün güclü və firavan Azərbaycan yaradırıq. Azərbaycan həm qalib xalqdır, həm də müzəffər dövlətdir. Bizim gücümüz, iradəmiz və strateji baxışımız bütün regionda nümunədir.
Yaşasın Kəlbəcər!
Yaşasın Azərbaycan!
Hüseynova Samirə Adəm qızı.
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva