
Yunanıstanda Qərbi Nil qızdırması səbəbilə iki nəfər ölüb. Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına görə, vəfat edənlərin yaşı böyük olub və xroniki xəstəlikləri varmış. Onlarda xəstəliyin ağır fəsadı – meninqoensefalit inkişaf edib.
1 yanvar – 20 avqust tarixləri arasında ölkədə 47 yoluxma təsdiqlənib. Yoluxmaların çoxu Tesaliya, Attika, Mərkəzi Makedoniya və Trakiya bölgələrində qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, Qərbi Nil qızdırması yoluxmalarının təxminən 80 faizində əlamətlər görünmür, lakin yaşlı və yanaşı xəstəlikləri olan şəxslərdə xəstəlik ağır keçir.
Yenifikir.media
© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva