
Bildiyimiz kimi, Prezident İlham Əliyev Türkmənistana işgüzar səfər edib. Səfər çərçivəsində dövlət başçısı bir sıra mühüm görüşlər keçirib.
Azərbaycan Prezidenti Türkmənistan Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Görüşlərdə Türkmənistan–Azərbaycan–Özbəkistan münasibətlərinin möhkəmləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və regional əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Tanınmış siyasi şərhçi Rauf Zeyni Yenifikir.media-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bu səfəri iki ölkə münasibətlərində mühüm mərhələdir:
"Prezident İlham Əliyev Türkmənistana işgüzar səfər çərçivəsində Xalq Məsləhətinin rəhbəri Qurbanqulu Berdiməhəmmədovla görüşdü. Təkbətək keçirilən görüşdə Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq, tərəfdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Son dövrlərdə Aşqabadla Bakı arasında münasibətlərin fəallaşması, Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin güclənməsi diqqətəlayiqdir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dövründə aparılan islahatlar da hərtərəfli əlaqələrin inkişafına təkan verib. Müxtəlif layihələr iki ölkə münasibətlərinin dərinləşməsinə xidmət edir."
Rauf Zeyni həmçinin xatırladıb ki, Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana əvvəlki səfəri zamanı Füzuli rayonunda Türkmənistanın töhfəsi olaraq yeni məscid layihəsinin başlanması təşəbbüsü irəli sürülüb:
"Layihənin qısa müddətdə hazırlanması və inşasına start verilməsi Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Bu kimi addımlar Azərbaycan–Türkmənistan münasibətlərinin dostluq və qardaşlıq zəminində inkişafına bariz nümunədir."
Siyasi ekspertin sözlərinə görə, Türkmənistan uzun illər neytral statusuna görə beynəlxalq proseslərdə ehtiyatlı mövqe sərgiləsə də, son dövrlərdə xüsusilə Türk Dövlətləri Təşkilatı və ikitərəfli əməkdaşlıqlar çərçivəsində fəallığını artırıb:
"Bu, Azərbaycan–Türkmənistan münasibətlərinin dərinləşməsində mühüm rol oynayacaq. Çünki türkmən və azərbaycanlı xalqları tarixən yaxın xalqlardır. Ortaq dəyərlər, mədəniyyət və tarixi bağlar gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Türkmənistan cəmiyyəti, ziyalıları və sosial qrupları ilə əlaqələrin genişlənməsi münasibətlərin inkişafına əlavə töhfə verəcək."
Səfər ümumilikdə Azərbaycanla Türkmənistan, eləcə də digər türk dövlətləri arasında strateji tərəfdaşlığın güclənməsinə xidmət edən mühüm addım kimi dəyərləndirilir.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva