Fənərbaxça Edson Alvarez transferini rəsmiləşdirdi

Fənərbaxça meksikalı yarımmüdafiəçi Edson Alvarezin icarə əsasında transferi üçün West Ham United ilə razılıq əldə edib.

Klubdan verilən məlumata görə  futbolçu tibbi müayinədən keçmək və danışıqları yekunlaşdırmaq üçün İstanbula dəvət olunub.

Razılaşmaya görə, Fənərbaxça Alvarez üçün 2 milyon avro icarə haqqı ödəyəcək. Futbolçunun qiyməti  22 milyon avro olaraq müəyyənləşdirilib. Futbolçuya  Fənərbaxca illik 4,5 milyon avro maaş verməyi planlaşdırır.

Qeyd edək ki, 27 yaşlı Alvarez ötən mövsüm West Ham United-də 31 oyuna çıxaraq 1 asist edib.

Rail İbrahim

Yenifikir.media



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)