
Azərbaycan və Türkmənistan xalqları uzun illər boyu qardaşlıq və dostluq münasibətləri ilə seçiliblər. Ortaq türk kökləri, mədəni və dil yaxınlığı, eləcə də ortaq tarixi talelər iki ölkə arasında dərin dostluq əlaqələrinin formalaşmasına zəmin yaradıb. Bu əlaqələr siyasi, mədəni və sosial sahələrdə əməkdaşlığı gücləndirərək ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli yenifikir.media-nın “Azərbaycan-Türkmənistan münasibətləri iqtisadi sahəyə necə təsir göstərir?” sualını cavablandırıb. Tanınmış iqtisadçı bildirib ki, bu münasibətlər, xüsusilə iqtisadi sahədə, hər iki ölkənin milli iqtisadiyyatına və regionun ümumi inkişafına mühüm təsir göstərir.
Əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Azərbaycan və Türkmənistan zəngin enerji resurslarına malikdir. Türkmən qazının Azərbaycan üzərindən Avropaya nəql edilməsi, Transxəzər kəməri və digər enerji layihələri iki ölkənin ixrac imkanlarını genişləndirir. 2021-ci ildə imzalanmış “Dostluq yatağı” razılaşması Xəzərdə birgə enerji layihələrinin əsasını qoyub. Bu həm sərmayə cəlbi, həm də resursların optimallaşdırılması baxımından vacib addımdır. Eyni zamanda, əməkdaşlıq Rusiya və Çin asılılığını azaltmaqla yeni bazarlara çıxış imkanı yaradır və Avropaya əlavə enerji mənbələri təqdim edir.
İqtisadi əməkdaşlığın digər vacib istiqaməti Transxəzər nəqliyyat və logistika sahəsidir. Beynəlxalq Xəzər nəqliyyat marşrutu çərçivəsində Azərbaycan və Türkmənistan mühüm tranzit həlqəsini təşkil edir. Çin, Mərkəzi Asiya və Qafqaz-Avropa istiqamətində yüklərin daşınması üçün Xəzərdə parom əlaqələrinin gücləndirilməsi və limanların modernləşdirilməsi hər iki ölkənin iqtisadiyyatına əlavə gəlir gətirir. Türkmənbaşında və Azərbaycan limanları arasında əməkdaşlıq region ticarət dövriyyəsini artırır və yükdaşıma həcmlərini genişləndirir.
Hazırda ticarət dövriyyəsi nisbətən aşağı olsa da, əsasən yanacaq, kimya və kənd təsərrüfatı məhsullarını əhatə edir. Lakin son illərdə əməkdaşlığın intensivləşdirilməsi üçün yeni imkanlar yaranıb və perspektivlər olduqca genişdir.
Xəzər regionunda əməkdaşlıq yalnız Azərbaycan və Türkmənistanla məhdudlaşmır; bu, Qazaxıstan və digər Xəzəryanı ölkələrin iqtisadiyyatının genişlənməsinə də təkan verir. Əvvəllər sərhəd və yataqlar məsələlərində müəyyən gərginliklər mövcud idisə, hazırda əməkdaşlıq səviyyəsi inkişaf edir və yeni imkanlar yaradır.
Eyyub Kərimli hesab edir ki, Azərbaycan-Türkmənistan münasibətləri hələ tam potensialına çatmayıb. Lakin enerji, təchizat, tranzit və logistika sahələrində əməkdaşlığın genişlənməsi həm milli iqtisadiyyata, həm də regional inkişafın güclənməsinə mühüm töhfə verəcək.
Rail İbrahim
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva