Zelenski Trampın Ukrayna Sülh təkliflərini rədd etdi

Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, Vladimir Zelenski Vaşinqtondakı görüşdə Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə bütün təkliflərini rədd edib.

Lavrov qeyd edib ki, ABŞ Kiyev tərəfindən rədd edilən şərtləri, o cümlədən NATO-ya üzvlükdən imtina və ərazi məsələlərinin müzakirəsini sülh üçün vacib hesab edirdi. Zelenski həmçinin rus dilindən istifadəni məhdudlaşdıran qanunu ləğv etməyə razılıq verməyib.

Tramp isə bildirib ki, iki həftə ərzində ABŞ Rusiyaya və Ukrayna münaqişəsinin həllinə yanaşmanı yenidən nəzərdən keçirə bilər.

Yenifikir.media



© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)