
Özbəkistan Azərbaycan və Türkmənistana Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərini araşdırmağı təklif edib.
Ə"Report"un məlumatına görə, bu təkliflə Özbəkistan lideri Şavkat Mirziyoyev avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə çıxış edib.
Bundan əlavə, Ş.Mirziyoyev Özbəkistanın Xəzər dənizi vasitəsilə yüklərin daşınması üçün öz bərə daşıma güclərini yaratmaqda maraqlı olduğunu bildirib.
"Enerji təhlükəsizliyini təmin etmək məqsədilə əməkdaşlığın dərinləşdirilməsi və enerji resurslarının üçüncü ölkələrə ixracı üçün dəhlizlərin inkişafının zəruriliyi qeyd edilib. Bu baxımdan Avropaya "yaşıl enerji" tədarükünün təşkili layihəsi perspektivli adlandırılıb. Ənənəvi karbohidrogenlər hissəsində, Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərinin öyrənilməsi təklif edilib", - Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunub.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva