Ərdoğan Makronla nəyi müzakirə edib? - DETALLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.

Danışıqlar zamanı Türkiyə ilə Fransa arasındakı ikitərəfli münasibətlər, Rusiya-Ukrayna sülh prosesi, Qəzzədəki son vəziyyət və digər bir çox regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan bildirib ki, Ukrayna-Rusiya müharibəsinin ədalətli bir sülhlə sona çatması üçün Türkiyənin səyləri davam edir və Alyaska ilə Vaşinqtondakı görüşləri yaxından izləyirlər.

İki lider BMT Zirvəsi çərçivəsində Nyu-Yorkda müzakirə olunan mövzuların detalları barədə fikir mübadiləsi aparmaqda razılığa gəliblər.

Ərdoğan əlavə edib ki, Türkiyə Fransa ilə əməkdaşlığın inkişafına böyük önəm verir və xüsusilə müdafiə sənayesi də daxil olmaqla bir çox sahədə əlaqələri irəlilətmək üçün addımlar atmağa davam edəcək.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)