
Azərbaycan hüquq elminə və hüquqi təfəkkürün inkişafına mühüm töhfə verəcək daha bir fundamental əsər işıq üzü gördü. Hüquq nəzəriyyəsinin sistemli və müasir yanaşmalarla təqdim olunduğu “Hüquq nəzəriyyəsi” (I cild) kitabı nəşr olunaraq hüquq ictimaiyyətinə təqdim edilib. Bu kitab hüquq tələbələri, müəllimlər və hüquqla maraqlanan geniş auditoriya üçün əhəmiyyətli elmi-pedaqoji və düşüncə resursudur.
Əsərin müəllifi — 16 illik pedaqoji və 22 illik hüquqi-praktik təcrübəyə malik hüquqşünas Əli Qədimov bu kitabda hüququ yalnız hüquqi normativlərin məcmusu kimi deyil, eyni zamanda dövlətin mahiyyəti, cəmiyyətin dəyərləri və ədalətin fəlsəfi axtarışı kimi təqdim edir. Kitab oxucunu hüququn konseptual əsaslarını dərk etməyə, onu müxtəlif nəzəri baxışların işığında təhlil etməyə və hüquqi düşüncə qabiliyyətini inkişaf etdirməyə dəvət edir.
Əsər hüququn anlayışı, funksiyaları, prinsipləri, norması, mənbələri, hüquqi münasibətlər, hüquqi status, hüquqi şüur və hüquq sistemləri kimi əsas mövzuları əhatə edir. Həm klassik müəlliflərin (Aristotel, Platon, Qrotius, Kelsen, Hart)baxışlarına, həm də müasir hüquq nəzəriyyələrinə yer verilir. Məzmun müəllifin praktiki təcrübəsi ilə zənginləşdirilmiş, nəzəriyyə isə kazuslar, reflektiv suallar və analitik çərçivələrlə konkretləşdirilmişdir. Bu, tələbəyə yalnız əzbərçilik deyil, hüququn dərin mahiyyətini anlama imkanı verir.
Kitabın dil və üslubu sadə və anlaşılandır, bu isə onu tədris üçün əlverişli və gündəlik istifadəyə yararlı edir. Bu cəhət onu həm təhsil ocaqlarında dərs vəsaiti, həm də hüquqla maraqlanan hər kəs üçün müstəqil bir düşüncə kitabına çevirir.
“Hüquq nəzəriyyəsi” (I cild) hüquq təhsilində fundamental baza yaradır və hüququn nəzəri əsaslarını dərindən mənimsəmək istəyənlər üçün mühüm başlanğıc nöqtəsidir. Müəllifin sözləri ilə desək, “bu kitab hüququ oxumaq üçün deyil, hiss etmək və düşünmək üçün yazılıb.”
Əsərin növbəti cildləri üzərində iş davam etdirilir və bu seriya bütövlükdə hüquq nəzəriyyəsinin Azərbaycan hüquq məktəbində sistemli şəkildə öyrənilməsi üçün yeni bir platforma yaradacaq.
Kitabı əldə etmək üçün müəlliflə birbaşa əlaqə saxlaya bilərsiniz: qedimov@yahoo.com
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva