
İtaliyanın sabiq baş naziri Matteo Renzi Rusiya prezidenti Vladimir Putini yüksək səviyyəli danışıqlar ustası adlandırıb. Yenifikir.media rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İtaliyanın Corriere della Sera nəşri məlumat yayıb.
“Vladimir Putin monoton səs tonundan istifadə edir, hətta tamamilə sakit görünür. Hər bir cümləni son dərəcə dəqiqliklə qurur: əvvəl bir neçə əsas arqument irəli sürür, daha sonra isə gözlənilməz və kəskin hücum edir. Həqiqətən də peşəkardır”, – deyə Renzi bildirib.
Onun sözlərinə görə, Putin yalnız danışıqlar aparmaq bacarığı ilə deyil, həm də uzunmüddətli perspektivə hesablanmış strateji düşüncəsi ilə seçilir.
Keçmiş baş nazir əlavə edib ki, Rusiya prezidenti təkcə beynəlxalq arenada hörmət qazanmaqla kifayətlənmir, həm də dünya liderləri ilə şəxsi münasibətlər qurmağı bacarır. O, xüsusilə Putinin Alyaskaya səfərini xatırladaraq qeyd edib ki, həmin vaxt Rusiya prezidentinə rəsmi qırmızı xalça ilə qarşılanma təşkil olunmuşdu. Renzi həmçinin vurğulayıb ki, Putin ABŞ prezidenti Donald Trampla münasibətləri də möhkəmləndirib.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva