
Azərbaycan şəhidinin adı, xatirəsi, ruhu bizim üçün ən müqəddəs dəyərdir. Onlar canlarını fəda edərək bu Vətənə azadlıq, xalqımıza qürur bəxş etdilər. Şəhidlər sabahımızın işığı, müstəqilliyimizin bayrağıdır!
Bu torpaqda heç kim – istər yadelli, istərsə də qonaq – şəhidlərin müqəddəsliyinə dil uzada bilməz!
Təəssüf ki, dünən bir qrup ərəb turist Bakıda Şəhidlər Xiyabanında hörmətsizlik edərək video çəkib yayımladı. Bu nalayiq hərəkət Azərbaycan cəmiyyətində böyük narazılıq doğurdu.
Lakin dövlətimizin gücü və polisin müdrikliyi burada öz sözünü dedi. Azərbaycan polisi dərhal hərəkətə keçdi, həmin şəxsləri polis bölməsinə dəvət etdi. Onlara izah olundu ki, şəhidlər bizim milli qürurumuz, müqəddəs dəyərlərimizin ən ali simvoludur. Bu davranış bir daha göstərdi ki, Azərbaycan polisi yalnız qanunu icra etmir, həm də xalqımızın ləyaqətini, şəhidlərimizin ruhunu qoruyur.
Azərbaycan polisi — dövlətimizin qeyrətinin, millətimizin şərəfinin, şəhidlərimizin əbədi yaddaşının keşiyindədir!
Biz hər zaman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların adı uca, xatirəsi əbədi, ruhu müqəddəsdir!
Samirə Adəmqızı
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva