
İnternet son illərdə həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Artıq demək olar ki, gündəlik işlərimizin çoxunu onlayn rejimdə həyata keçiririk. İstirahət, restoran ziyarətləri, ad günü və digər xüsusi anlarımızı sosial şəbəkələrdə paylaşır, dostlarımızın bəyənmələrindən məmnunluq duyuruq. Beləliklə, həyatımıza aid demək olar ki, bütün məqamlar internetin “nəzarəti” altına düşüb.
Lakin bu asılılıq müəyyən mənada ciddi bir problemi də ortaya çıxarır — canlı ünsiyyətin azalması. İnsanlar üzbəüz söhbətlərdən uzaqlaşır, real münasibətlər arxa plana keçir. Canlı ünsiyyət getdikcə arxivə çevrilən bir təcrübəyə çevrilir.
Tanınmış pedaqoq və sosioloq Mail Yaqub yenifikir.media-ya açıqlamasında bildirir ki, müasir insan sosial şəbəkələrdə uzun saatlar keçirir, minlərlə dost “toplayır”, bəzən insan qonşusunu, hətta bəzən qapıbir qonşusunu belə tanımır. Bu vəziyyət virtual və canlı ünsiyyətin təbiətcə tam fərqli olduğunu göstərir.
Sosioloq vurğulayır ki, canlı ünsiyyət yalnız söhbətdən ibarət deyil — burada qarşılıqlı hörmət, diqqət və məsuliyyət var. Hətta bir neçə dəqiqəlik salamlaşmaq, hal-əhval tutmaq belə insan üçün mühüm bir hadisədir. Qonşu ilə qısa ünsiyyət üçün də maraq və diqqət tələb olunur. Virtual aləmdə isə bu məsuliyyət hissi yoxdur: biz insanları görmürük, sadəcə nəsə paylaşırıq və insanlar ona “layk” qoyur. Beləcə, fərqli bir dünyada dolaşırıq.
Canlı ünsiyyətin azalması isə psixoloji problemlərə yol açır. Bu, insan üçün bir növ “dərman” kimidir — yoxluğu depressiya, tənha hiss və sosial əlaqələrin zəifləməsi kimi mənfi nəticələr doğurur. Qohum-əqrəbanın bir-birinə gedib-gəlməməsi, qonşuların bir-birini tanımaması müasir dövrümüzün ciddi sosial problemlərindəndir.
Beləliklə, internet həyatımızı rahatlaşdırsa da, insan əlaqələrini zəiflədir, üzbəüz ünsiyyətin əhəmiyyətini daha da artırır. Canlı söhbətlər olmadan isə həm fərdi, həm də cəmiyyət səviyyəsində boşluqlar yaranır.
Son Xəbərlər
“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcək
Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” — VİDEO/FOTO
Putinlə Tramp arasında görüş başlayıb
Tramp Putini qırmızı xalça üzərində qarşıladı
Ağ Ev Trampla Putinin görüşünə dair paylaşım edib
"Söndürək telefonu, silək WhatsAppı"- Vüqar Şirinoğlu
İtən pulqabısını on il sonra tapdı
Samsunspor Afonso Sousa ilə 5 illik müqavilə bağladı