AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi 17 iyun 2026-cı il tarixində böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 120 illik yubileyi münasibətilə anım tədbiri keçirmişdir.
Tədbiri Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Rəhim Əliyev açaraq, M.Şəhriyarın ömür və yaradıcılıq yolu barədə məlumat vermiş, şairin bənzərsiz yaradıcılığının otaylı-butaylı Azərbaycan ədəbiyyatındakı müstəsna yerindən danışmışdır.

Sonra söz uzaq Amerikadan gəlmiş Təbriz əsilli ziyalı xanım Rübab Haqşünasa verilmişdir. Rübab xanım doğulub boya-başa çatdığı Təbrizdə yaşadığı gənclik illərini, Şəhriyarla baş tutmuş unudulmaz görüşünü xatırlamışdır. Təxminən 40 il bundan qabaq böyük Məhəmmədhüseyn Şəhriyarın evində şairi ziyarət etdiyindən danışmış, xatirələrini bölüşmüş, şairlə çəkdirdikləri şəkilləri təqdim etmişdir.

Filologiya elmləri doktoru, professor Vüqar Əhməd, Folklor İnstitutu Xarici ölkələrlə əlaqələr şöbəsinin müdiri Əli Şamil, Cənub əsilli araşdırıcı və tərcüməçi Yədulla Kənani, Cavad Həssas, filologiya üzrə fəlsəfə doktoru, tərcüməci Rasim Nəbioğlu, filologiya elmləri doktorları Esmira Fuad, Pərvanə Məmmədli, filologiya üzrə fəlsəfə doktorları Fikrət Süleymanoğlu, Qiymət Məhərrəmli və digər ziyalılar Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan və dünya ədəbiyyatı xəzinəsindəki yeri və mövqeyi haqqında çxışlar etmişlər. Şəhriyar yaradıcılığının vurğunu, Güneyli ziyalı Behruz Aslani, bəstəkar-müğənni Hikmət Oğuz doğma Azərbaycanı tərənnüm edən mahnılar oxudular.

Tədbirdə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları ilə yanaşı, otaylı-butaylı Azərbaycanımızın dəyərli ziyalıları, o cümlədən 1985-ci ildən Almaniyanın Hamburq şəhərində yaşayan Məhəmməd Xəlili, onun həyat yoldaşı Mələk xanım, Azərbaycan Konservatoriyasının və Tibb Universitetinin məzunu, qarmon ifaçısı Mahmud Bayraq, həkim Ruhəngiz xanım və digər qonaqlar iştirak edirdilər.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir